Bakıda güclü külək zamanı daş hasar gənc oğlanın üzərinə aşıb
Bakıda güclü külək zamanı daş hasar gənc oğlanın üzərinə aşıb
Report.az bildirir ki, hadisə Binəqədi rayonunda baş verib
Belə ki, Biləcəri qəsəbəsində 1992-ci il təvəllüdlü Əliyev Əhməd Fərman oğlu yol kənarı ilə hərəkət edən zaman güclü küləyə tab gətirməyən daş hasar uçub. Nəticədə daşlar Ə.Əliyevin üzərinə düşüb. O, xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlər Ə. Əliyevin vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Mənbə:> Report