Tokioda sürücünün etirazı faciə ilə nəticələndi
Tokioda sürücü idarə etdiyi avtomobili piyadaların üstünə sürüb.
Oxu.Az xəbər verir ki, bu barədə NHK telekanalının yaydığı məlumatda bildirilir.
Hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.
Polis tərəfindən saxlanılan sürücü deyib ki, bununla da ölkədə mövcud olan ölüm cəzasına etirazını bildirmək istəyib.
Mənbə:> Oxu.Az