Piyadaların üstünə maşın sürən çinliyə ölüm hökmü verildi
Pekin şəhər məhkəməsi 61 yaşlı kişini 2014-cü ilin dekabr ayında bilərəkdən piyadaların üstünə avtomobil sürüdüyü üçün ölüm hökmünə məhkum edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Sinxua agentliyi məlumat yayıb.
“Pekin Xalq məhkəməsi Çzin Fuşenaya cəmiyyətin təhlükəsizliyini pozduğu və qəsdən adam öldürdüyü üçün ölüm hökmü cəzası verib”, - məhkəmənin qərarında bildirilir.
Xatırladaq ki, hadisə 2014-cü ilin dekabrın 26-da Pekinin mərkəzi Fəhlələr meydanının yaxınlığında baş verib. Çzin Fuşena məhkəmədə mülkiyyət üzrə işi uduzduqdan sonra avtomobilini piyadaların üstünə sürüb. Hadisə nəticəsində 3 nəfər ölüb.
Qeyd olunur ki, 61 yaşlı çinli bu hərəkəti ilə məhkəmə qərarına etirazını bildirib.
O avtomobilinin üstünə və başına bağlıdığı sarğıya “haqsızlıq” sözünü yazıb.
Mənbə:> Oxu.Az