UEFA "Arsenal"ı meydana girən erməni azarkeşə görə cəzalandıracaq » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Futbol

UEFA "Arsenal"ı meydana girən erməni azarkeşə görə cəzalandıracaq

UEFA "Arsenal"ı meydana girən erməni azarkeşə görə cəzalandıracaq

UEFA Nəzarət, Etika və İntizam Komitəsi dekabrın 13-də İngiltərədə "Arsenal" və "Qarabağ" komandaları arasında keçirilmiş Avropa Liqasının qrup mərhələsinin VI tur matçında baş verənlərlə bağlı iş açıb.

Virtualaz.org bildirir ki, xəbəri qurumun rəsmi saytı yayıb.

Bildirilir ki, qitə futbol qurumu iki olayla əlaqədar tədbirlər görəcək. Bunlardan biri erməni azarkeşin qondarma DQR bayrağı ilə meydana girməsi, digəri isə görüşün nəzərdə tutulandan gec başlamasıdır.

Hər iki məsələ ilə bağlı UEFA-nın 2019-cu il fevralın 21-da keçiriləcək iclasında qərar veriləcək.

“Arsenal”ın azarkeşinin etdiyi hərəkətə görə cəzalandırılacağı gözlənilir.

Qeyd edək ki, görüş "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *