“Qarabağ” – “Arsenal” oyununa biletlərin yarısından çoxu satılıb » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

“Qarabağ” – “Arsenal” oyununa biletlərin yarısından çoxu satılıb

“Qarabağ” – “Arsenal” oyununa biletlərin yarısından çoxu satılıb


Avropa Liqasının “Qarabağ” – “Arsenal” oyununa indiyədək satılan biletlərin sayı açıqlanıb.

Oxu.Az Ağdam klubunun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu günədək 37 mindən çox bilet satılıb.

Stadion 68 700 nəfərlik olduğu üçün bu, biletlərin 50 faizdən çoxunun satılması deməkdir.

Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop (“Park Bulvar”), iTicket kassaları, Sumqayıt şəhəri (ASAN Xidmət), “28 Mall” və “Gənclik Mall”dan almaq mümkündür.

Qeyd edək ki, “Qarabağ” – “Arsenal” oyunu oktyabrın 4-də Bakı Olimpiya Stadionunda saat 20:55-də başlayacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *