“Arsenal”dan Bakı səfəri öncəsi ardıcıl yeddinci qələbə » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

“Arsenal”dan Bakı səfəri öncəsi ardıcıl yeddinci qələbə

“Arsenal”dan Bakı səfəri öncəsi ardıcıl yeddinci qələbə


İngiltərənin “Arsenal” komandası Bakıya qələbə ilə gələcək.

Oxu.Az xəbər verir ki, Avropa Liqasının II turunun “Qarabağ”la səfər görüşü öncəsi London təmsilçisi Premyer Liqada “Uotford”la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

Qollar son dəqiqələrdə vurulub. 81-ci dəqiqədə qonaqlar öz qapısına yol tapıb. Bundan iki dəqiqə sonra Məsut Özil fərqi ikiyə çatdırıb.

Bununla da “Arsenal” ardıcıl yeddinci qələbəsini qazanıb. Komanda sonuncu dəfə avqustun 18-də keçirilmiş Premyer Liqanın II turunda əzəli rəqibi “Çelsi”yə uduzub (2:3).

Bu nəticə ilə Unai Emerinin yetirmələri turnir cədvəlində də irəliləyib. Xalını 15-ə yüksəldən “Arsenal” məhz “Uotford”u qabaqlayaraq V pilləyə yüksəlib.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Arsenal” görüşü saat 20:55-də başlayacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *