Qızılhacılı məktəbinin direktorundan şikayət var » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Təhsil

Qızılhacılı məktəbinin direktorundan şikayət var

Qızılhacılı məktəbinin direktorundan şikayət var

Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən D.Qasımov adına 1 saylı tam orta məktəbinin pedaqoji kollektivi məktəbin direktoru Qabil Həsənovu qanunsuzluqda ittiham edir. Bu barədə kollektiv tərəfindən virtualaz.org-un redaksiyasına ünvanlanan müraciətdə qeyd olunur. Lakin müraciətdə konkret şəxslərin imzası yoxdur və müəllif olaraq “məktəb kollektivi” göstərilir.

Bildiririlir ki, direktor fərdi təhsil aparan müəllimləri ixtisaslarına görə seçməyib. Belə ki, texnologiya diplomlu müəllimə Azərbaycan tarixi, riyaziyyat, biologiya diplomlu müəllimə coğrafiya, fizika, informatika, rus dili diplomlu müəllimə Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi dərslərinin tədrisi tapşırılıb.

Qızılhacılı məktəbinin direktorundan şikayət var


“Bu dərs bölgüsü qanunauyğundurmu, ədalətli dərs bölgüsüdürmü? Bu müəllimlər fərdi dərs jurnallarını yazıb, əməkhaqqı alıblar. Bu isə maliyyə saxtakarlığı deməkdir. Məktəbdə təşkil olunan təhsildən yayınan 2001-ci il təvəllüdlü Rəşad İsmayılovu fərdi təhsilə cəlb edərək adını 6-cı sinfə qeyd ediblər. Şagird bundan xəbərsizdir, dərsdə bir saat da olsun iştirak etməyib. Bu şagird saqqalı, bığıburma, əsgərliyə gedəsi gəncdir, hal-hazırda qəsəbəmizdə fəaliyyət göstərən inşaat materialları mağazasında fəhlə işləyir”, - deyə müraciətdə qeyd olunur.

Müəllimlər həmçinin bildirirlər ki, məktəbdə tarix müəllimi ola-ola direktor başqa tarix müəllimini də işə götürüb: “Məktəbimizin tarix müəllimi Nüyvər Eminovanın dərs saatı 7 saatdır, digər tarix müəllimlərinin dərs saatları 2 saatdır. Bu problemlər olduğu halda direktor nə səbəbə Goranboy RTŞ-də tarix metodisti vəzifəsində işləyən Günel Şirinovanı bizim məktəbə ikinci iş yeri kimi tarix müəllimi vəzifəsinə işə qəbul edib?Eyni zamanda, ixtisası texnologiya və rus-dili olan müəllimlərə fərdi təhsildə dərs demələri üçün tarix fənnindən dərs saatları verib. Bu nə dərəcədə ədalətli və qanunidir? Günel Şirinova Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin işə qəbulu imtahanında iştirak edib, müvafiq balı toplayıbmı?”, - deyə müəllimlər sual edirlər.

Qızılhacılı məktəbinin direktorundan şikayət var


Müraciətdə həmçinin qeyd olunur ki, məktəbdə qanunsuz olaraq psixoloq kimi çalışan Fidan Həsənli Təhsil Nazirliyin göndərdiyi məktub əsasında, direktorun 64 saylı əmri ilə vəzifəsindən azad edilib. Amma buna baxmayaraq F. Həsənli hələ də işə gəlib-gedir və ona əmək haqqı yazılır.

Məktubda şikayət olunur ki, məktəbdə fizika və kimya müəllimlərinin dərs saatları 6 saatdan aşağı ola-ola direktor Mingəçevir rayonundan olan müəlliməni şəxsi tanışlıq əsasında məktəbə laborant götürüb.

Müəllimlərin sözlərinə görə, bu sadalananlarla bağlı ötən ay aidiyyati orqanlara şikayət olunub. Goranboy Rayon Təhsil Şöbəsinin məsləhətçisi məktəbə gələrək şikayətlə maraqlansa da, nöqsanlar araşdırılmayıb. Müəllimlər həmçinin onlara təzyiq olunduğunu, buna görə də, poçt vasitəsilə aidiyyati orqanlara məktub göndərə bilmədiklərini yazırlar.

Şikayətlə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov virtualaz.org-a bildirdi ki, şikayətlə tanış olub ətraflı məlumat verəcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *