Kaliforniyada yanğın qurbanlarının sayı 50-yə çatıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Kaliforniyada yanğın qurbanlarının sayı 50-yə çatıb

Kaliforniyada yanğın qurbanlarının sayı 50-yə çatıb

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində həlak olanların sayı azı 50 nəfərə çatıb. Bu barədə ştatın yanğınsöndürmə departamenti məlumat yayıb.

Bu gün səhər saatlarına olan məlumata görə, ölənlərin böyük əksəriyyəti – 48 nəfər noyabrın 8-də ştatın şimalında adı “cənnət” kimi tərcümə olunan Paradayz şəhəri rayonunda başlayan “Kemp” yanğınının qurbanı olub. Yanğınsöndürmə əməliyyatları zamanı, həmçinin 3 yanğınsöndürən xəsarət alıb.

Hazırda 52,6 min hektar sahəyə yayılan yanğın 8 mindən çox evi və tikilini külə döndərib. Alovun yayılmasının qarşısını yalnız noyabrın 30-dək tam almağın mümkün olacağı bildirilir. Təbii fəlakətlə mübarizəyə 5,6 min nəfər cəlb olunub.

Los-Anceles yaxınlığında yerləşən Malibu şəhərciyi rayonunda 40 min hektar ərazini əhatə edən “Vulsi” meşə yanğını isə 2 nəfərin həyatına son qoyub. Alov burada 430-dan çox evi məhv edib. Onların arasında bir sıra “ulduzların” - məşhur aktyor və musiqiçilərin malikanələri də var. Məsələn, aktrisalar Mayli Sayrus, Kim Beysinger, Şennen Doerti, aktyor Cerard Batler, musiqiçilər Nil Yanq, Robin Tin, rejissor Skott Derrikson və başqalarının dəyəri milyonlarla dollar olan mülkləri külə dönüb. KİV-in məlumatına görə, teleaparıcı və model Kim Kardaşyan 60 milyon dollarlıq mülkünü qorumaq üçün “şəxsi yanğınsöndürənlər” tutub.

Malibuda yanğınla 3,6 min yanğınsöndürən mübarizə aparır.
Kaliforniyada yanğın qurbanlarının sayı 50-yə çatıb
Kaliforniyada yanğın qurbanlarının sayı 50-yə çatıb
Kaliforniyada yanğın qurbanlarının sayı 50-yə çatıb


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *