Sabiq gömrük əməkdaşı qaçaqmalçılıqda ittiham olunur » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Sabiq gömrük əməkdaşı qaçaqmalçılıqda ittiham olunur

Sabiq gömrük əməkdaşı qaçaqmalçılıqda ittiham olunur

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda ittiham olunan Mehman Novruzovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, M.Novruzov Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Yalama” Gömrük postunun böyük inspektoru vəzifəsində işlədiyi zaman cinayət törədib. O, dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana idxal edib. Belə ki, M.Novruzov “Yalama” Gömrük postunun böyük inspektoru vəzifəsində işləyərkən, komitə sədrinin əmri ilə bir ay müddətinə “Samur” Gömrük postuna ezam olunub. O, həmin ərazidə 5539 manat məbləğində dərman preparatlarını gömrük nəzarətindən kənar, bəyan edilməməklə keçirilməsi məqsədilə Cəmil adlı şəxslə əlbir olaraq, cinayət əlaqəsinə girib.

Beləliklə, M.Novruzov vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edərək, qaçaqmalçılıq edib və dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olub. Məhkəmənin qərarı ilə M.Novruzovun barəsində həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən M.Novruzov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində hadisədən əvvəl "Samur” Gömrük postuna ezam olunduğunu deyib. Bildirib ki, yəni işə başladığı üçün monitordan istifadə edə bilməyib: "Orada monitora nəzarət edirdim. Vəzifəm böyük inspektor idi, işim isə çantaları yoxlamaq idi. Lakin monitordan yaxşı istifadə edə bilmirdim. Bu barədə növbə və post rəislərinə məlumat vermişdim. Dedilər ki, həll edəcəyik, lakin işimi dəyişmədilər".

Hadisə günü baş verənləri danışan M.Novruzov qeyd edib ki, "Samur” Gömrük postunda fəhlə kimi çalışan Cəmil ona zəng edib: "Cəmil gömrükdən keçən şəxslərin yüklərinə kömək edirdi. Məndən xahiş etdi ki, neytral ərazidə iki çanta ilə qalıb, ona kömək edim. Rusiya tərəfinin onu buraxmadığını söylədi. Elə bildim ki, Azərbaycandan Rusiyaya keçmək istəyir. Sonradan bildim ki, o, Rusiyadan Azərbaycana gəlirmiş. Həmin gün də Rusiya tərəfə getdiyini görmüşdüm. Soruşdum ki, çantalarında nə var. Boş ətir qabları olduğunu dedi. Çantaları monitorda yoxlayanda həqiqətən boş ətir qabları olduğunu gördüm. Lakin onları açıb yoxlamadım. Bu zaman yanımızda hər gün gördüyüm, yəni Rusiyaya gedib-gələn qadınlar dayanmışdı. Onların da əlində çanta var idi. Xahiş elədim ki, Cəmilə kömək eləsinlər. Onlar da sağ olsunlar xahişimi yerə salmadılar. Onların da çantalarını monitordan keçirdim”.

M.Novruzov deyib ki, çantalardakı boş ətir qablarının içərisində dərman olduğundan xəbərsiz olub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *