Ermənistanda hökumət binasını partlatmaq istədilər
Şənbə günü Ermənistan hökuməti binasına qumbara ilə daxil olmağa cəhd göstərən kişi oranı partlatmaq niyyətində olub, lakin mühafizə xidməti tərəfindən zərərsizləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qalstyan bildirib.
Terror törətmək istəyən kişinin 1975-ci il təvəllüdlü olduğu qeyd olunur.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Mənbə:> Oxu.Az