Kişi kafedəkiləri partlatmaq istədi
Ukraynanın Dnepropetrovski şəhərində terror aktına bənzər hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, şəhərin Kiyev rayonunda bu gecə - 24 yanvardan 25-nə keçən gecə güclü partlayış qeydə alınıb.
Bu barədə Dnepropetrovski vilayət Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında yer alıb.
"İlkin məlumatlara görə, yerli kafelərin birində şənlik zamanı məkana bir kişi daxil olub və partlayış törədəcəyi ilə hədələyib. Kafedəki digər müştərilər onu küçəyə çıxarıblar. Partlayış kafenin hüdudları kənarında baş verib. Şəhər milisləri hadis\ə yerinə gəliblər və operativ əməliyyat keçiriblər".
Xəsarət alanlar barədə məlumat yoxdur. Ukrayna KİV naməlum şəxsin yaşayış binasının həyətində qranat partlatdığını yazır.
Mənbə:> ANSPRESS