Kenquru qadının qabırğalarını sındırdı, ailə üzvlərini döydü » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Maraqlı, Dünya

Kenquru qadının qabırğalarını sındırdı, ailə üzvlərini döydü

Kenquru qadının qabırğalarını sındırdı, ailə üzvlərini döydü


Avstraliyanın Kvinslend ştatında kenquru üç nəfərdən ibarət ailəni döyüb.

Oxu.Az “Sydney Morning Herald”a istinadla xəbər verir ki, döyülənlərdən ikisi xəstəxanaya yerləşdirilib.

Zərərçəkən Linda Smit tibb işçilərinə bildirib ki, həyat yoldaşı ilə vəhşi təbiətdə yaşayan kenqurulara qayğı göstərir. Bu dəfə də Lindanın həyat yoldaşı kenqurunu yemləmək istəyib, lakin heyvan ona hücum edib. Ona yardıma gələn qadınla oğlu da xəsarət alıblar.

64 yaşlı Linda Smitin qabırğaları sınıb. Həmçinin onun döş qəfəsi də zədələnib. Qadın hazırda xəstəxanadadır, onun üzərində cərrahiyyə əməliyyatı aparılacaq.

Smit qeyd edib ki, o heç zaman belə aqresiv kenqurularla rastlaşmayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *