Çayda boğulan gənclərlə bağlı FHN-dən RƏSMİ AÇIQLAMA
Dünən xəbər verdiyimiz kimi, Azərbaycanda iki gəncin çayda boğulması ilə bağlı video yayılıb.
Sosial şəbəkələrdə hadisənin Lerik rayonunda baş verdiyi qeyd olunsa da, FHN-dən saytımıza bildirilib ki, dəhşətli olay Daşkəsən rayonunda olub.
Belə ki, rayon ərazisində süni yaradılan "Daşbulaq" gölündə 10 avqust saat 10:35-də bir nəfərin batdığı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "qaynar xətt"inə məlumat verilib. Məlumat üzrə əraziyə yaxın olan Aran Dalğıc Qrupunun xilasediciləri göldə xilasetmə əməliyyatına başlayıb. Həmin gün saat 13:15-də 2000-ci il təvəllüdlü Əliyev Emin Bəhruz oğlunun cəsədi sudan çıxarılaraq, aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib. Görüntüdə batan şəxsə köməyə gedən gənc isə xoşbəxtlikdən hadisədən ziyansız ötüşüb.
Mənbə:> Unikal.org