Şəkidə hamam tikən fəhlə faciəvi şəkildə ölüb
Şəkidə fəhlə tikintidə ölüb.
Şəki rayon Prokurorluğundan “Trend”ə verilən məlumata görə, hadisə rayonun Kiş kəndində baş verib.
Kənd sakini, 1958-ci il təvəllüdlü Mürsəlov Nurəli Bayraməli oğlu kənd ərazisindəki evlərdən birində hamam tikərkən təxminən 2 metr hündürlükdə tirin üzərindən yıxılıb.
Fəhlə Şəki şəhər Mərkəzi Xəstəxanasına aparılsada da, onun həyatını xilas etmək mümkün olmayıb.
N.Mürsəlov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə:> Virtualaz.org