36 yaşlı qadın hündürlükdən yıxılıb və başına dəmir parçası düşüb
Sumqayıtda 36 yaşlı qadın hündürlükdən yıxılarkən başına dəmir düşüb. Hadisə şəhərin Haci Zeynalabdin qəsəbəsində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini 1982-ci il təvəllüdlü Məmmədova Vəsilə Fərhad qızı Hacı Zeynalabdin qəsəbəsində işlədiyi Sumqayıt pomidor parnikində hündürlükdən yıxılıb. Nəticədə baş nahiyəsindən ağır xəsarər alıb. Dəmir parçaları başına nüfuz edib. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Report