Məşhur azərbaycanlını kobra sancdı: Təcili Misirə aparıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Maqazin, Dünya, Foto

Məşhur azərbaycanlını kobra sancdı: Təcili Misirə aparıldı – FOTO

Məşhur azərbaycanlını kobra sancdı: Təcili Misirə aparıldı


Məşhur azərbaycanlı illüziyaçı Arif Qafuri tamaşalarının birində nümayiş etdirdiyi kobranın hücumuna məruz qalıb.

AzNews.info Qaynarinfo.az-a istinadən xəbər verir ki, o, Türkiyədə ilkin müdaxilənin ardından xüsusi təyyarə ilə Misirə göndərilib.

Köməkçisi Yana Vinter sehrbazın vəziyyətinin qənaətbəxş olduğunu, antizəhər vurulduqdan sonra isə daha da yaxşılaşacağını bildirib.

Arif Qafuri 18 dekabr 1989-cu ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. 18 yaşında İstanbul Texniki Universitetinə daxil olub, daha sonra isə Yaxın Şərq Texniki Universitetində təhsilini davam etdirib.

Acun Ilıcalının “Yetenek Sizsiniz” yarışmasına qatılan Qafuri illüziya tamaşaları ilə qısa zamanda məşhurlaşıb.

O, 2011-ci ildə “Dünyanın ən ekstremist sehirbazı” mükafatını qazanıb. Qafurinin “Sehir pozan” (2014) adlı kitabı da var.

Məşhur azərbaycanlını kobra sancdı: Təcili Misirə aparıldı
Məşhur azərbaycanlını kobra sancdı: Təcili Misirə aparıldı
Məşhur azərbaycanlını kobra sancdı: Təcili Misirə aparıldı

Mənbə: Qaynarinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *