Azərbaycanın “məşhur ailəsinin” üzvü İstanbulda məşhur italyan restoranını alıb
Dünyada məşhur italyan restoran markası “Carluccio’s” Türkiyədə fəaliyyətini dayandıran restoranlarından birini azərbaycanlı “məşhur iş adamına” satıb.
Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, dünyanın ən məşhur aşbazlarından olan Jamie Oliver kimi məşhur isimlər yetişdirən “Carluccio’s” markası 2012-ci ildə Türkiyədə şöbəsini açıb. İtalyan markası bu ölkədə 10 restorandan ibarət şəbəkə quracağını elan edib. 6 restoran açılıb, lakin işlər yaxşı getməyib və onlardan 5-i fəaliyyətini dayandırıb. Təkcə İstanbul Atatürk Hava Limanında açılan restoran qalıb.
Xəbərə görə “Carluccio’s” markasının fəaliyyətini dayandıran restoranlarından birini-İstanbuldakı “Kanyon” ticarət mərkəzindəki restoranı Türkiyənin restoran-qida sektoruna yatırımlar qoyan azərbaycanlı iş adamı alıb. Və onun adını dəyişdirərək “Clorophilla” edib. “Dünya” qəzeti həmin iş adamının “Azərbaycanın məşhur ailələrindən birinin üzvü olduğunu bildirir. Hazırda restoranda intensiv yenidənqurma işləri gedir. Yaxın bir neçə gün ərzində restoranının təntənəli açılışı olacaq.
Restoran ancaq təbii, orqanik ərzaqlardan hazırlanmış yeməkləri menyüsünə daxil edəcək.
Mənbə:> Virtualaz.org