Xəzər daha iki can aldı
Lənkəranda 3 nəfər dənizdə çimərkən batıb.
AzNews.info APA-ya istinadla xəbər verir ki, onlardan ikisi sudan sağ çıxarılıb, digərinin axtarışları davam edir.
Hadisə rayon ərazisində qeydə alınıb. Dənizdə boğulanlardan biri - rayon sakini 1995-ci il təvəllüdlü Şəmsəddin Rahim oğlu Aslanov sudan sağ çıxarılsa da, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Digər şəxs isə sudan sağ çıxarıldıqdan sonra, qaçaraq ərazidən uzaqlaşıb.
Dənizdə batan üçüncü şəxsin axtarışları isə davam etdirilir.
Mənbə:> APA