Bakıda bacılar dənizdə batıb
Bakıda iki bacı dənizdə batıb.
AzNews.info xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Novxanı çimərliyində qeydə alınıb.
Göyçay rayon sakinləri – 2000-ci il təvəllüdlü Əliyeva Səmayə Vasif qızı və onun bacısı, 2002-ci il təvəllüdlü Aytac dənizdə çimərkən boğularaq ölüblər.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri S.Əliyevanın meyitini taparaq çıxarıblar. Aytacın meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.
Qeyd edək ki, iki bacı Bakıya istirahətə gəlibmiş.
Mənbə:> APA