Sirkdə qorxulu anlar - Dəvəquşu tamaşaçılara hücum çəkdi » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Video

Sirkdə qorxulu anlar - Dəvəquşu tamaşaçılara hücum çəkdi – VİDEO

Sirkdə qorxulu anlar - Dəvəquşu tamaşaçılara hücum çəkdi


Kazanda sirk tamaşası zamanı xoşagəlməz hadisə yaşanıb.

Publika.az xəbər verir ki, tamaşa zamanı dəvəquşu tamaşaçılara hücum çəkib. Səs-küydən hürkən nəhəng quş səhnədən tribunaya sıçrayıb. Hətta uşaqlardan birinə dimdik də atıb.

Sosial şəbəkədə yayımlanan görüntülər müzakirələrə səbəb olub. Dəvəquşunun nəzarətdən çıxdığını görən təlimçi əvvəlcə başını tutub. Sonra özünə gələrək dəvəquşunu səhnədən çıxarıb. Az sonra tamaşa davam edib.

Tatarıstan Səhiyyə Nazirliyi hadisə nəticəsində zərərçəkən olmadığını açıqlayıb. Sirkdən isə həmin quşun bir daha tamaşalarda iştirak etməyəcəyi bildirilib.


Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *