Jirinovski ukraynalıya hücum çəkdi: » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hadisə

Jirinovski ukraynalıya hücum çəkdi: “Sizi güllələyəcəyik! Təhdid edəcəyik! Əclaflar, yaramazlar...”

Jirinovski ukraynalıya hücum çəkdi:

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri, prezidentliyə namizəd Vladimir Jirinovski “Rossia Today” telekanalının “60 dəqiqə” tok-şousunda canlı yayım zamanı özündən çıxıb və ukraynalı politoloqa hücum çəkib.

Virtualaz.org xəbər verir ki, tok-şouda ABŞ-ın Ukraynana silah verməsi məsələsi müzakirə olunurdu. Ukraynalı politoloq Vadim Tryuxan Jirinovskinin atmacalarına reaksiya vermək istəməyib, onun studiyada sirk düzəltdiyini deyib. Sonra o, siyasətçiyə ukraynalıları hədələməməyi məsləhət görüb. Bundan sonra Jirinovski politoloqun üzərinə yeriyib.

“Təhdid edəcəyik! Sizi güllələyəcəyik, əclaflar və yaramazlar”-siyasətçi qışqırıb. Liberal-demokrat prezidentliyə iddiaçı bildirib ki, Ukrayna Donbassda öldürülən hər adama görə cavab verməli olacaq. O, qışqırıb və Tryuxinin studiyadan “rədd olub getməli olduğunu” deyib. Aparıcı Jirinovskini sakitləşdirməyə çalışıb, onun prezident seçkilərinə qatıldığını xatırladıb. Lakin siyasətçi qışqırmaqda və Tryuxini söyməkdə davam edib. Münaqişə sakitləşib, ancaq Tryuxin hər halda studiyanı tərk edib. Bu vaxt LDPR lideri onun arxasınca atmaca atıb: “Vağzala getmə, Tryuxin, səni orada həbs edəcəklər!”.

“60 dəqiqə” tok-şousu 2016-cı il sentyabrın 1-dən efirə çıxır. Onu ər-arvad Olqa Skabeyeva və Yevgeni Popov aparırlar. Tok-şouda adətən Amerika və Ukraynaya qarşı təbliğat aparılır, obyektivlik görüntüsü yaratmaq üçün həmişə studiyaya amerikalı və ukraynalı politoloqlar da çağırırlar. Rusiya telekanalının tok-şousunda iştirak etməyə razılaşan amerikalı və ukraynalı politoloqlar üçün qonorar ödənilir, onlara ayda 1 milyon rubla qədər pul verirlər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *