Jirinovski MDB ölkələrinin Rusiyanın tərkibinə könüllü qayıtması haqda
Rusiyada prezidentliyə namizədliyi müzakirə edilən Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski SSRİ-nin keçmiş ərazilərinin Rusiya tərkibinə könüllü qayıdışını gözləyəcəyini deyib.
Virtualaz.org xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb.
"Rusiya – vahid, bölünməzdir və Rusiya Federasiyasında keçmiş SSRİ ərazilərinin könüllü şəkildə qayıdacağını məmnuniyyətlə gözləyəcəyik”, - deyə LDP sədri partiyanın 31-ci qurultayında çıxışı zamanı bildirib.
Jirinovskinin fikrincə, Rusiya ilə yenidən birləşmə zamanı belə regionlara geniş muxtariyyət də vermək mümkündür.
“Onlara həmişə Moskvanın həll etdiyi bəzi məsələlərdən başqa maksimal müstəqillik təklif etmək olar. Bura xarici siyasət, müdafiə, maliyyə məsələləri daxildir", - deyə Jirinovski qeyd edib.
Mənbə:> Virtualaz.org