Jirinovski Qarabağ və digər münaqişələr haqda: “Hamısı Rusiyaya birləşməlidir” » AzNews.info -Xəbər portalı

Jirinovski Qarabağ və digər münaqişələr haqda: “Hamısı Rusiyaya birləşməlidir”

Jirinovski Qarabağ və digər münaqişələr haqda: “Hamısı Rusiyaya birləşməlidir”

Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski növbəti dəfə keçmiş sovet respublikalarındakı münaqişələrin həlli ilə bağlı özünün “orijinal” ideyasını irəli sürüb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Jirinovski bu gün Dövlət Dumasında jurnalistlərlə söhbətində bu münaqişələrin həllinin yeganə yolunun “bütün respublikaların yenidən vahid dövlətin tərkibinə qayıtması” olduğunu bildirib.

“Bizdə Donbas, Dnestryanı, Abxaziya, Osetiya, Qarabağ əzab çəkir. Həll yolu birdir-ancaq vahid ölkənin bərpası, bunsuz qan və zorakılıq hələ onilliklər bundan sonra davam edəcək”-Jirinovski deyib.

LDPR lideri hesab edir ki, ölkələrin birləşməsi ancaq referendum yolu ilə olmaldır. Onun fikrincə keçmiş SSRİ-nin heç bir respublikası yenidən Rusiya ilə birləşib vahid ölkədə yaşamaqdan imtina etməz. “Referendum yolu ilə vahid böyük ölkə. Normal referendumda hamı, o cümlədən Pribaltika SSRİ sərhədlərinə qayıdacaq”-Jirinovski bildirib.

LDPR lideri bundan əvvəl də bir neçə dəfə Qarabağ münaqişəsinin həll yolu kimi “Azərbaycan və Ermənistanın Rusiyaya birləşməsini” təklif edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *