Bu ölkədə bir gündə 10 nəfər edam edildi
Çinin Şanvey şəhərinin məhkəməsi 10 nəfəri ölüm hökmünə məhkum edib.
Axar.az xəbər verir ki, edama məhkum edilən şəxslərin narkoticarətdə, narkotikin daşınması və istehsalında ittiham olunduqları bildirilib. Ölüm hökmü verildiyi gün icra edilib.
Qeyd edək ki, Çin dünyada ölüm hökmünün ən çox icra edildiyi ölkələrdən biridir.
Mənbə:> Axar.az