Türkiyədə AKP-yə silahlı hücum: 3 ölü, 11 yaralı
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda hakim Ədalət və İnkişaf partiyasının (AKP) seçki kampaniyası çərçivəsində keçirdiyi tədbirdə silahlı hücum baş verib.
Oxu.Az “CNN Türk”ə istinadən xəbər verir ki, naməlum şəxslər tədbirin təşkilatçısı olan AKP-li millət vəkili İbrahim Yıldızın də olduğu qrupu atəşə tutub.
Məlumata görə, hücum nəticəsində üç nəfər ölüb, on bir nəfər yaralanıb.
Ölənlər arasında Millət vəkilinin qardaşı da var. İlkin məlumata görə, silahlı hücum HDP üzvü olan şəxslər tərəfindən həyata keçirilib. Əraziyə gələn təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma baş verib.
Polisin hazırda ərazini nəzarət altına götürdüyü bildirilir. İnsidentin təfərrüatı barədə məlumat verilmir.
Mənbə:> Oxu.Az