Sumqayıtda üç il əvvəl qaçırılmış “Chevrolet” Bakıda tapıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Sumqayıtda üç il əvvəl qaçırılmış “Chevrolet” Bakıda tapıldı

Sumqayıtda üç il əvvəl qaçırılmış “Chevrolet” Bakıda tapıldı

Sumqayıtda üç il əvvəl qaçırılmış avtomobil tapılıb.

DİN-in mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, mayın 26-da saat 11 radələrində 2015-ci il mayın 1-də Sumqayıt şəhərindən qaçırılan Q.Osmanovaya məxsus “Chevrolet” markalı avtomobilin Moskva prospektində hərəkətdə olması aşkar edilib. Məlumat dərhal aidiyyəti üzrə ötürülüb.

Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsi və Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində avtomobil saxlanılıb. Araşdırmalarla nəqliyyat vasitəsini idarə edənin Bakı şəhər sakini Orxan Əyyubov olduğu müəyyən edilib və o, saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *