Yol polisi Sumqayıtda qaçırılmış avtomobildə 5 nəfəri yaxaladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Avto

Yol polisi Sumqayıtda qaçırılmış avtomobildə 5 nəfəri yaxaladı

Yol polisi Sumqayıtda qaçırılmış avtomobildə 5 nəfəri yaxaladı


Sumqayıt şəhər sakininə məxsus avtomobil qaçırılıb. Liman.Az daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 24-də saat 03 radələrində Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsindən qəsəbə sakini Adil Şirinova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakini Ceyhun Paşayev və sərnişinləri - Gəncə şəhər sakinləri İsmayıl Baxşəlizadə, əvvəllər məhkum olunmuş Nadir Hüseynov, Sərxan İsgəndərov və Ucar rayon sakini Fərid Abdurəhmanov saxlanılaraq Sumqayıt ŞPİ 4-cü PB-yə təhvil verilib.

Araşdırma zamanı İ.Baxşəlizadənin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə federal axtarışda olması da müəyyən edilib.

Mənbə: Liman.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *