Masallıda dəhşətli yanğın
Masallıda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.
Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Masallı rayonu, Təzə Alvadı kəndində ümumi sahəsi 180 m2 (hər mərtəbəsi 90 m2) olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m2 sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu, 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış meyitləri aşkar olunub. Yanıq xəsarətləri alan digər bir nəfər isə Masallı Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Yanğın zamanı 3 nəfər xilas edilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alovun qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.
Mənbə:> Virtualaz.org