Xırdalanda yaşayış evində yanğın, ölən var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Xırdalanda yaşayış evində yanğın, ölən var

Xırdalanda yaşayış evində yanğın, ölən var

Xırdalanda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, ümumi sahəsi 30 m² olan talvarın yanar konstruksiyaları 10 m² sahədə və talvara bitişik ümumi sahəsi 72 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 32 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən köməkçi tikilidə 1958-ci il təvəllüdlü Yusifov Faiq Vəliyulla oğlun yanmış meyiti aşkar olunub. Talvarın və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *