İmişlidə ev və tövlə yanıb
İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Rayonun Murğuzalılı kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 60 m² olan qamışdan ibarət tövlənin yanar konstruksiyaları və 1,5 ha sahədə kol-kos yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə:> Oxu.Az