Goranboyda restoranda yanğın baş verib
Gecə Yevlax şəhərində və Goranboy rayonunda yanğın hadisələri baş verib.
ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 150 kv.m sahədə yanıb.
Evin qlan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər hadisə isə Goranboy rayonunda qeydə alınıb.
Rayonun Dəliməmmədli kəndində vətəndaşa məxsus ümumi sahəsi 324 kv.m olan birmərtəbəli restoranın 1 otağının lambirdən ibarət tavanı 100 kv.m sahədə yanıb.
Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə:> ANSPRESS