Zürafə çəkiliş zamanı rejissoru öldürdü
Kinorejissor Karlos Karvalyo CAR-da film çəkilişi zamanı zürafənin hücumundan sonra dünyasını dəyişib.
“Ölkə.Az” "Ria Novosti"yə istinadən xəbər verir ki, Karvalyo turistlərin yabanı həyatı izləmək üçün gəldiyi yerli oyun fermalarından birində heyvanları iri planda çəkirmiş. Anidən rejissora bir zürafə yaxınlaşıb və onu güclü zərbə ilə elə vurub ki, Karlos bir neçə metr kənara düşüb.
"Mən Karlosun yanında idim, birdən zürafə gözlənilmədən boynunu tərpətdi və onun başından vurdu. Karvalyo təqribən 4-5 metr kənara düşdü", - deyə hadisə şahidi olan operator Dirk van der Merv bildirib.
47 yaşlı rejissor Yohannesburq xəstəxanasına aparılsa da, başından aldığı xəsarətlərə görə xəstəxanada dünyasını dəyişib.
Mənbə:> Ölkə.Az