Lənkəranda döyülən qadınlardan biri dünyasını dəyişib. – YENİLƏNİB
APA-nın xəbərinə görə, anası ilə birgə döyülərək xəstəxanaya yerləşdirilən Samirə Miriyeva aldığı xəsarətlərdən xəstəxanada keçinib.
* * *22:31
Lənkəran rayonunda qadın və onun qızı döyülüb. Hadisə rayonun Liman şəhəri ərazisində baş verib.
Orada yaşayan 1949-cu il təvəllüdlü Qarayeva Humay müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Bir qədər sonra isə xəstəxanaya bədənində müxtəlif xəsarətlər olan 1972-ci il təvəllüdlü Miriyeva Samirə adlı qadın da gətirilib. S.Miriyevanın Humay Qarayevanın qızı olduğu bildirilib.
İlkin məlumata görə, onları naməlum şəxs döyüb. Ana və qızına qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Report