Metronun “Gənclik” stansiyasında həyəcanlı anlar
Bu gün metronun “Gənclik” stansiyasında baş verən hadisənin intihar olmadığı məlum olub.
Virtualaz.org bildirir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat yayıb.
N. Paşayev bildirib ki, xəbərdə adı çəkilən Elvin Zülfüqarov əslində özünü relslərin üstünə atmayıb, xəstəlik səbəbindən başı fırlanıb və yıxılıb. “Polisə izahatında da eyni ifadələrə yer verib. Adı çəkilən şəxs müraciət edərək xəbərin yanlış olduğunu və ailəsində, tanışlarında narahatlıq yaratdığını bildirib. Mən də bu xəbəri paylaşan dostlardan xahiş edirəm ki, xəbərə düzəliş etsinlər... ", - deyə N.Paşayev vurğulayıb.
**
15:28
Təxminən yarım saat bundan əvvəl "Bakı Metropoliteni" QSC-nin “Gənclik” stansiyasında sərnişin intihara cəhd edib.
1997-ci il təvəllüdlü Elvin Əli oğlu Zülfüqarov dostu ilə mübahisə edib və özünün relslərin üstünə ataraq qatarın gəlməsini gözləyib.
O, stansiyadakı polis əməkdaşlarının iştirakı ilə qatar yolundan çıxarılılb.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləyib.
Mənbə:> Virtualaz.org