Sumqayıtda top mərmisi tapıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Sumqayıtda top mərmisi tapıldı

Sumqayıtda top mərmisi tapıldı

Aprelin 18-də saat 16:12-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən və saat 16:45-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhərinin 5-ci məhəllə ərazisində bir mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan virtualaz.org-a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri ərazidə məişət tullantıları sahəsinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 125 millimetrlik top mərmisi (OF-26) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərminin tapıldığı yerin ətrafında 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

Yanvarın 1–dən aprelin 18-dək ANAMA tərəfindən 3448 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə və tank əleyhinə üç mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 62 min 415 kvadratmetr ərazi yoxlanılıb.
Sumqayıtda top mərmisi tapıldı
Sumqayıtda top mərmisi tapıldı


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *