Şıx çimərliyində 20 ədəd partladıcı tapıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Şıx çimərliyində 20 ədəd partladıcı tapıldı – FOTO

Şıx çimərliyində 20 ədəd partladıcı tapıldı

Şıx çimərliyində 20 ədəd MRV-U partladıcısı tapılıb.

Bu barədə virtualaz.org-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən məlumat verilib.

Məlumatda bildirilir ki, yanvarın 26-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Səbail rayonu ərazisində Şıx çimərliyində mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 20 ədəd MRV-U partladıcısı aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş partladıcıların ətrafında 100 kv.m əraziyə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Məlumatda o da bildirilir ki, bu əməliyyat Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilib.
Şıx çimərliyində 20 ədəd partladıcı tapıldı
Şıx çimərliyində 20 ədəd partladıcı tapıldı
Şıx çimərliyində 20 ədəd partladıcı tapıldı
Şıx çimərliyində 20 ədəd partladıcı tapıldı

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *