Bakıda klinika sahibinin evi necə yağmalandı? » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Bakıda klinika sahibinin evi necə yağmalandı?

Bakıda klinika sahibinin evi necə yağmalandı?

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan mütəşəkkil dəstənin üzvləri - Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının xəbərinə görə, dəstə üzvü Firdovsi Əliyev “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. O, 2017-ci ilin əvvəllərində A.Əmirovla görüşərək professorun külli miqdarda pulunun, bahalı maşınlarının olduğunu deyib. Həmçinin bildirib ki, K.Abdullayev bu yaxınlarda klinikanı böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb.

A.Əmirov bu işə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi də cəlb edib. Onlar K.Abdullayevi izləməyə başlayıblar.

Bakıda klinika sahibinin evi necə yağmalandı?


Mütəşəkkil dəstənin üzvləri hadisədən bir neçə gün əvvəl Biləcəri qəsəbəsində görüşərək basqın planı barədə müzakirələr aparıblar. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib. Anten məlumatlarından yerləri bəlli olmasın deyə özlərinə məxsus mobil telefonları Bakı Beynəlxalq Avtovağzalında Elməddin Musayevə vermək qərarına gəliblər. E.Musayev banda üzvlərini orada gözləyib.

Beləliklə, 2017-ci il iyulun 30-da A.Əmirov, N.Musayev və B.Hacızadə Rəsulzadə qəsəbəsində yaşayan professorun evinə gediblər. Anar hasardan keçərək içəridən darvazanı açıb. Onları qarşılayan alman “ovçarka”sını bibər qazı ilə uyudublar. Üzlərinə maska keçiriblər, ikinci mərtəbəyə qalxıblar, pəncərədən otağa giriblər. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamutla bağlayıb, onları odlu silahla hədələyiblər.

Bakıda klinika sahibinin evi necə yağmalandı?


Dəstə üzvləri ev sahibindən 2 milyon pulun harada gzilədildiyini soruşublar. Lakin professor onlara o qədər pulu olmadığını deyib.

“Çağırılmamış qonaqlar” evin altını üstünə çeviriblər. Mənzildən 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung”, 20 min manatlıq “Franck Muller” qızıl saatı, K.Abdullayevə məxsus qaz tapançası və suvenir bıçaq götürüblər. Ümumilikdə banda üzvləri professorun evindən 35 min manatlıq əmlak aparıblar.

Əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayan Anar Əmirov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, Elməddin Musayevlə Firdovsi Əliyevin basqından xəbərsiz olduqlarını deyib: “Firdovsi ilə hadisədən üç ay əvvəl Kamal müəllimin xəstəxanasının qarşısında rastlaşdıq, dedi ki, maaşını almağa gəlib. Ondan sonra bir daha Firdovsini görmədim. Kamal müəllimin evinə getməyi isə Natiqlə danışmışam. Evə ikimiz gedib baxmışdıq. Amma qərara gəldik ki, iki nəfər evə girə bilmərik. Sonradan Bəhruz da bizə qoşuldu”.

Bakıda klinika sahibinin evi necə yağmalandı?


A.Əmirov quldurluğa girdikləri mənzildə qarşılaşdıqları “sürpriz”lərdən danışıb: “Evdə nə qədər pul olduğunu bilmirəm, 2 milyon manat söhbətini elə-belə demişdim. Üçümüz evə girdik. Mən qadına, Natiq isə kişiyə yaxınlaşdı. Qadın qışqıranda dedim ki, səninlə işimiz yoxdu. İki-üç dəqiqə sonra birdən partlayış oldu, silahdan atəş açıldı”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, ev sahibi qaz tapançasından Natiq Musayevə atəş açıb. Dəstə üzvləri tapançanı onun əlindən alıblar: “Qadının ürəyi sıxıldı, onu otaqdan çıxardım. Kamal müəllimin əlindən tapançanı aldıq. Özümüzlə qaz balonu götürmüşdük, amma istifadə etmədik. Həyətdəki itə də heç nə etmədik. Bizi görüb gedib pilləkəndə uzandı, hətta buna güldük də. Qadınla kişinin əl-ayağını bağlamamışdıq. Pulun yerini soruşdum, dedi aşağıdadır. Pullar iki konvertdə idi, birində dollar, digərində manat vardı. Cəmi 5 min dollar, 2200 manat idi. Həmin pulun 3300 dollarını və 1200 manatını Natiqə verdim, qalanını isə özümə götürdüm”.

A.Əmirov ifadəsində göstərib ki, hadisə yerini tərk edərkən mənzil sahibinin ayaqlarını bağlamağı da unutmayıb: “Təkcə kişinin ayaqlarını bağladıq ki, arxamızca gəlməsin. Onları döyməmişik. Avtovağzala getdik,oradan taksi ilə rayona yollandıq”.

Bakıda klinika sahibinin evi necə yağmalandı?


Təqsirləndirilən Natiq Musayev də analoji ifadə verib. O, Firdovsi Əliyevin hadisədən xəbəri olmadığını deyib: “Firdovsinin hadisədən xəbəri olmayıb, ona pul verilməyib. Mənim telefonum isə Elməddində deyil, avtovağaldakı dönərxanada olub. Orada “zaryatkaya” qoymuşdum”.

Təqsirləndirilən Firdovsi Əliyev həbs olunmadan öncə yalnız Anarı tanıdığını deyib: “Kamal Abdullayevin yanında 2 ay sürücü işlədim, pulumu vermədi. Həmin gün də maaşımı almaq üçün gəlmişdim. Oradan əsəbi çıxdım, Anarla qarşılaşdıq. Hirsimdən Anara dedim ki, filan qədər pulu, maşınları var, amma mənim pulumu vermir. Bundan sonra heç nədən xəbərim olmayıb. Bir dəfə polisə çağırdılar, mən də getdim. Kamal Abdullayev 350 manat maaş verəcəkdi, onu da radarlara görə çıxmışdı”.

Məhkəmə prosesi aprelin 9-da davam edəcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *