Nazirin quldur dəstəsi: 1 manatlıq soyğundan 24 min manatlıq qızıl oğurluğuna qədər... » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Nazirin quldur dəstəsi: 1 manatlıq soyğundan 24 min manatlıq qızıl oğurluğuna qədər...

Nazirin quldur dəstəsi: 1 manatlıq soyğundan 24 min manatlıq qızıl oğurluğuna qədər...


Azərbaycanda silah qismində əşyadan da istifadə etməklə seriya soyğunçuluq və oğurluq cinayətləri törətmiş daha bir mütəşəkkil qruplaşmanın işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org xəbər verir ki, mütəşəkkil dəstənin üzvləri mənzillərdən oğurluq etməkdə, taksi sürücüsünə silahlı basqında ittiham olunurlar. Üç nəfərdən ibarət olan dəstəyə aralarında yaşca hamısından kiçik olan Qazax rayon sakini Nazir İsmayılov başçılıq edib.

Dəstənin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Müttəhimlər kürsüsündə 26 yaşlı Nazir İsmayılov, 39 yaşlı Orxan Nağıyev, 57 yaşlı Rəşid Eminov və 48 yaşlı Heydər Bayramov oturublar.

Nazirin quldur dəstəsi: 1 manatlıq soyğundan 24 min manatlıq qızıl oğurluğuna qədər...


Ağcabədidən başlayan oğurluq seriyası

İttiham aktına əsasən Nazir İsmayılov və dəstəsi mənzillərdən dəfələrlə oğurluq edib. Dəstə üzvləri oğurluq seriyasına Ağcabədi rayon sakini Nadir Musayevin evindən başlayıblar. Onlar mənzilə soxularaq 3500 manat pul aparıblar. Bu zaman evdə heç kim olmayıb.

Daha sonra dəstə üzvləri Ağstafa rayonunun Vurğun qəsəbə sakini Zülfüqar Həşimova qarşı silahlı soyğunçuluq əməli törədiblər. Onlar Bakıda taksi xidməti ilə məşğul olan

Z.Həşimovun idarə etdiyi avtomaşına sərnişin kimi oturublar. Sürücüyə “Sınıq Körpü”yə gedəcəklərini deyiblər. Sərnişinlərin niyyətindən bixəbır olan sürücü razılaşıb. Yolda dəstə üzvləri tapança formalı alışqanla onu hədələyərək maşından düşürüblər, cibindəki 1 manat pulu və iki ədəd mobil telefonu ələ keçiriblər.

Nazirin quldur dəstəsi: 1 manatlıq soyğundan 24 min manatlıq qızıl oğurluğuna qədər...


Həmçinin, dəstə üzvləri Bakıda Aydın Hacıyevin mənzilindən 805 manat, Elxan Yolçuyevin mənzilindən 1000 dollar və külli miqdarda qızıl-zinət əşyaları aparmağa da müvəffəq olublar.

“Pulları şəxsi ehtiyaclarımıza xərcləmişik”

Nazir İsmayılov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində mənzillərdən pul, qızıl, qiymətli əşyalar, texniki avadanlıqlar və geyim əşyaları oğurladıqlarını deyib. Bu cinayətləri “maddi ehtiyacı olduğu üçün” törətdiyini, əldə etdiyi pulları “şəxsi ehtiyaclarına “xərclədiyini, əməlindən peşmançılıq çəkdiyini deyib. Digər təqsirləndirilənlən şəxslər də analoji ifadə veriblər.

Zərərçəkmiş Zülfüqar Həşimov ifadəsində deyib ki, Bakı-Qazax istiqamətində taksi fəaliyyəti ilə məşğul olur. 2016-cı il sentyabrın 8-də Bakıda üç nəfər sərnişin qismində Həşimovun avtomobilinə yaxınlaşaraq sürücüdən onları “Sınıq Körpü” gömrük postuna aparmağı istəyiblər.

“Dedim cəmi 1 manatım var...”

“90 manata razılaşdıq. Maşına oturan kimi yuxuya getdilər. Heç birindən şübhələnmədim. Yuxarı Salahlı kəndinə çatanda sərnişinlərdən biri, sonradan adını öyrəndiyim Nazir dedi ki, fermaya sür, oradakı tanışımızı da götürəcəyik. Mən də sürdüm”-sürücü ifadəsində deyib.

Nazirin quldur dəstəsi: 1 manatlıq soyğundan 24 min manatlıq qızıl oğurluğuna qədər...


Həşimovun danışdıqlarından məlum olur ki, fermaya gedən yolda dəstə üzvlərindən biri telefonla danışacağını bəhanə edərək maşını saxladıb. Bu vaxt arxa oturacaqda oturan dəstə üzvü onun kürək nahiyəsinə bıçaq, ya da tapança dirəyib “üstündə nəyin var, at ortaya” deyib və maşından düşməyi tələb edib.

Həşimovun ifadəsindən: “Həyəcanlansam da, özümü itirmədim. Hər üçü üstümə gəlib pul tələb etdilər. Cəmisi 1 manat pulum vardı. Dedim ki, 1 manatdan başqa pulum yoxdur. İçərilərində nisbətən yaşlı olanı məni yumruqla vurdu. Hər üçü birləşib məni maşının yük yerinə qoymaq istədilər. Əllərindən çıxıb magistral yola tərəf qaçdım. Arxaya baxanda gördüm ki, biri tapança çıxarıb. Dayanmasam atəş açacağını dedi. Dayanmayıb qaçdım. Maşından iki ədəd telefonu götürdüklərini sonradan bildim. Heç bir şikayətim və tələbim yoxdur”.

Nazirin quldur dəstəsi: 1 manatlıq soyğundan 24 min manatlıq qızıl oğurluğuna qədər...


Bir evdən 13 minlik, digərindən 24 minlik oğurluq...

Zərərçəkmiş Asəf Mahmudov isə ifadəsində göstərib ki, hadisə baş verən gün həyat yoldaşı ilə birgə evə gələrkən mənzilin qapısının içəridən bağlı olduğunu görüb. Dərhal bu barədə DİN-nin 102 xidmətinə zəng vurub. Polis əməkdaşları hadisə yerinə gəliblər: ”Hər tərəf dağınız vəziyyətdə idi. Mənzildən qızıl-zinət əşyaları, televizor, hətta geyim əşyalarımızı da aparmışdılar. Bizə cəmi 13 min manat zərər dəyib. Maddi zərərin ödənilməsini tələb edirəm”.

Bakıda Aşura günü məsciddən kirayə yaşadığı evə dönən Aydın Hacıyev yorğun halda yuxuya gedib. Axşam saatlarında yuxudan ayılıb paltarlarını axtarsa da tapa bilməyib. Şüşəbəndə çıxanda paltarlarının döşməyə atıldığını görüb. ”Cibimdəki 300 manatı, 100 dolları və telefonları aparmışdılar. Oğurluq olduğunu başa düşüb polisə zəng vurdum. Təqsirləndirilən şəxslərdən şikayət və tələbim yoxdur”-Hacıyev ifadəsində deyib.

Nazirin quldur dəstəsi: 1 manatlıq soyğundan 24 min manatlıq qızıl oğurluğuna qədər...


Mənzilindən külli miqdarda qızıl-zinət əşyaları oğurlanan Feruz Səfərov isə oğrulardan ona dəymiş 24 min manat ziyanın ödənilməsini tələb edir. ”Axşam saatlarında ailə üzvlərimlə birgə evə gəldik. Açarla üç dəfə burmaqla bağladığım qapı bir dəfə burmaqla açıldı. Şübhələndim, işıqları yandırdım. Evdə hər şey dağınız vəziyyətdəydi. Evdən oğurluq olunduğunu başa düşdüm. Mətbəx, yataq otağındakı hər iki pəncərə açıq idi. Qapını bağlayıb həyətə düşdüm. Polisə məlumat verdik”-zərərçəkən deyib.

Məhkəmənin hökmü ilə Nazir İsmayılov 10 il, Orxan Nağıyev 10 il 6 ay, Rəşid Eminov 9 il, Heydər Bayramov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ciddi rejimli həbsxanada çəkəcəklər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *