Bakıda evdən külli miqdarda pul və qızıl oğurlandı
Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.
AzNews.info-nun Report-a istinadən xəbərinə görə, rayonun Nəsrəddin Tusi küçəsi, ev 2941, mənzil 49 ünvanında yaşayan Pərvanə Əliyeva evdə olmadığı zaman naməlum şəxslər açar seçmə yolu ilə onun mənzilinə daxıl olublar. Onlar evdən 10 250 ABŞ dolları, 5 000 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə:> Report.az