Bir film ölkəni qarışdırdı: Yayımlansa, minlərlə qadın özünü yandıracaq
Bir film ölkəni qarışdırdı: Yayımlansa, minlərlə qadın özünü yandıracaqHindistanda hind kraliçası ilə ölkəsini fəth edən müsəlman bir hökmdar arasında sevgi münasibətlərini əks etdirən film aranı qarışdırıb.
"Padmavati” adlı film sərt təhdidlər və təhlükəsizlik tədbirləri altında yayıma başlayıb.
Filmin ssenarisində hind kraliçası Hindistanın ən böyük kasstalarından Racputun üzvüdür. Amma Rucput qadınları film yayıma başayarsa, özlərini yandıracaqlarını açıqlayıblar.
Filmin baş rol ifaçısı, aktrisa Deepika Padukone ölüm təhdidləri ilə üz-üzədir. Hətta onu öldürənə böyük məbləğdə mükafat vəd olunub.
Filmin çəkilişləri zamanı da yaracıdı qrupa və aktyorlara qarşı hücular olub. Hətta bəzi çəkiliş setləri ləğv edilmişdi.
Bəzi əyalət rəhbərləri filmin yayımının dayandırılması üçün məhkəmələrə müraciət edib. Ancaq Yüksək Məhakəmə Gucerat, Racastan, Madhya Prades və Haryana əyalətlərində filmin yayımına qoyulmuş qadağanı ləğv edib.
Qeyd edək ki, XIV əsrdəki hadisələri əks etdirən "Padmavati” filmi Dehli sultanı Ələddin Halaci tərəfindən yasaqlaqmaqdansa, özünü öldürməyi seçən cəsur və gözəl Racput kraliçasının həyatından bəhs edir. Rejissor Sanjay Leela Bansali filminəsas xarakterləri arasında romantik münasibətlər varmış kimi tarixi təhrif etməkdə suçlanır.
Mənbə:> Qafqazinfo