Filmlərimiz Hindistanın beynəlxalq film festivalında » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət, Kino

Filmlərimiz Hindistanın beynəlxalq film festivalında

Filmlərimiz Hindistanın beynəlxalq film festivalında

“Onun atası” qısametrajlı bədii filmi və “Sarılar – Qarabağ atının izilə” sənədli filmi Hindistanın 6-cı Kəlkətə Beynəlxalq Uşaq Film Festivalına dəvət alıb. 33 ölkədən 200 filmin iştirak edəcəyi festival 31 dekabr tarixinədək Kəlkətədə davam edəcək.

Bu barədə Oxu.Az-a “Azərbaycanfilm” kinostudiyasından bildirilib.

“Onun atası” bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

Filmlərimiz Hindistanın beynəlxalq film festivalında


Qeyd edək ki, filmin beynəlxalq premyerası İtaliyanın 17-ci “Asiatica, Encounters with Asian Cinema” Film Festivalında baş tutub. Film həmçinin Hindistanın 5-ci Delhi Beynəlxalq Film Festivalında nümayiş olunub.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırırlar.

“Sarılar – Qarabağ atının izi ilə” sənədli filmi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və BP Azərbaycanın dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Almaniyanın “Studio Tor 1” Filmproduktion tərəfindən istehsal edilib.

Filmlərimiz Hindistanın beynəlxalq film festivalında


Çəkilişləri İngiltərə, Almaniya, İsveçrə və Azərbaycanda aparılan sənədli filmin ssenari müəllifi Martin Vagner, rejissoru Villi Neumann, operatorları Andre Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *