"Honda" yüz minlərlə avtomobilini geri çağırır
Yaponiyanın "Honda" və "Toyota" şirkətləri ABŞ-dakı avtomobillərini geri çağırır.
"Ölkə.Az" xəbər verir ki, təhlükəsizlik yastığında problem çıxan 1.066 milyon avtomobil Yaponiyaya qayıdacaq.
Məlum olub ki, "Toyota" şirkəti 601.3 min avtomobilini geri çağırır. "Honda" şirkəti də 465 min avtomobilini geri çağıracağını elan edib.
"Honda" şirkəti fevral ayının sonunda müştərilərə bu barədə xəbər göndərəcək.
Qeyd edək ki, təhlükəsizlik yastığına görə maşınların geri çağırılması ilk dəfə deyil. 2017-ci ildə "Toyota" şirkəti 2.9 milyon avtomobili geri çağırmışdı. "Honda" şirkəti də ötən ilin yanvar ayında 370 min maşını geri çağırmışdı.
Mənbə:> Ölkə.Az