“Xattab” ləqəbli terrorçu zəhərli məktubla öldürülüb » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

“Xattab” ləqəbli terrorçu zəhərli məktubla öldürülüb

“Xattab” ləqəbli terrorçu zəhərli məktubla öldürülüb

Beynəlxalq səviyyədə axtarışda olan “Xattab” ləqəbli terrorçu Çeçenistanda zəhərlənərək öldürülüb.

Bu barədə “Rosbalt” agentliyi hadisə ilə birbaşa əlaqəsi olan mənbəyə istinadən məlumat yayıb.

Terrorçu mütəmadi olaraq qaldığı yeri dəyişdirdiyindən və rabitə vasitələrinə etibar etmədiyindən uzun müddət onu zərərsizləşdirmək mümkün olmayıb. Ətrafdan özünü təcrid edən “Xattab” ona lazım olan şəxslərlə yalnız məktub vasitəsi ilə əlaqə yaradıb. Məktublar bir-birini əvəz edən çaparlarla ötürüldüyündən xüsusi xidmət orqanları onun izinə düşə bilməyib.

Xüsusi xidmət orqanları Xattab barədə hər hansı məlumata görə mükafat təyin etdikdən sonra çaparlardan biri əməkdaşlıq etməyə razılıq verib. 2002-ci ilin mart ayında o, Səudiyyə Ərəbistanından məktub daxil olduğu barədə xəbər ötürüb və Moskvadan gələn kimyaçı-mütəxəssis həmin məktubu güclü təsirə malik zəhərlə işləyib. Məktub zərfə qoyularaq möhürlə bərkidilib və təyin olunmuş çapar zənciri ilə terrorçuya göndərilib.

Xəttabın mühafizəçisi istintaq zamanı bildirib ki, Xəttab məktubu oxuduqdan sonra yandırıb.

Zəhər 3 gündən sonra təsirini göstərməyə başlayıb və terrorçu 2002-ci il martın 20-də ölüb.

Əvvəl Xattabın əhatəsi onun ölümündə xüsusi xidmət orqanlarının əlinin olduğundan şübhələnməyib, onun bir gün əvvəl yediyi qızardılmış göbələkdən öldüyünü düşünüb. Sui-qəsd planının üstü zərflə təmasda olan daha beş nəfərin oxşar əlamətlərlə ölməsindən sonra açılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *