Qəribə səs gəldiyi üçün içəri baxmağa girdilər və... – FOTO
Türkiyədə dəhşətli hadisə yaşanıb.
Metbuat.az xəbər verir ki, Konya şəhərində boş bir ərazidə yerləşən balaca daxmadan qəribə səslər gəlib. Bunu eşidən iki gənc həmin yerə baxmaq qərarına gəliblər. İçəridə donuz ipiylə bağlanan adam görüb dəhşətə gəliblər və dərhal hadisə yerinə polis çağırıblar.
Polislərin köməyi ilə xəstəxanaya aparılan 31 yaşlı kişinin vəziyyətinin normal olduğu bildirilib.
Zərərçəkmiş ifadəsində tualet ehtiyacını ödəmək üçün ora girdiyini və anidən naməlum şəxslərin hücumuna məruz qaldığını açıqlayıb.
Hadisəylə bağlı araşdırmalar davam etdirilir.
Mənbə:> Metbuat.az