"Real"ın azarkeşi "Barselona"ya məğlubiyyətdən sonra evini yandırıb
70 yaşlı kişi qapını bağlayaraq yandırıcı qatışıqlı maye balonu sobaya atıb
İspaniyanın "Real" klubunun rumın azarkeşi "El-klassiko"da "Barselona"ya 0:3 hesablı məğlubiyyətdən sonra evini yandırmağa cəhd edib.
“Report” "Sport.ro" saytına istinadən xəbər verir ki, hadisə Rumıniyanın Arad şəhərində katoliklərin Milad bayramı öncəsi baş verib.
Bildirilir ki, 70 yaşlı kişi qapını bağlayaraq yandırıcı qatışıqlı maye balonu sobaya atıb. Onun yaxınlıqda yaşayan baxıcısı evdən qara tüstünün çıxdığını görüb və əraziyə kömək çağırıb. Məhz bundan sonra qapını qıraraq təqaüdçünü xilas etmək mümkün olub.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını evi tam əhatə etməmiş söndürə biliblər.
Mənbə:> Report