“Barselona” – “Real Madrid” qarşılaşmasında qalib müəyyənləşməyib » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

“Barselona” – “Real Madrid” qarşılaşmasında qalib müəyyənləşməyib

“Barselona” – “Real Madrid” qarşılaşmasında qalib müəyyənləşməyib

Bu gün futbol üzrə İspaniya çempionatının 14-cü turu çərçivəsində “Barselona” və “Real Madrid” klubları üz-üzə gəlib.

AzNews,info Report-a istinadən xəbər verir ki, La Liqanın lideri və Çempionlar Liqasının hazırkı qalibi “Real Madrid” mövsümün ilk “El Klassiko”sunu rəqib meydanında keçirib.

Oyunda qalib müəyyənləşməyib. Matçda hər 2 qol fasilədən sonra vurulub. Luis Suares fasilədən az sonra “Barselona”nı hesabda irəli çıxarsa da, rəqib kapitan Serxio Ramos son dəqiqədə başla qolla komandasını məğlubiyyətdən xilas edib.

Bununla da “Real Madrid” məğlubiyyətsiz seriyasını davam etdirib və ən yaxın izləyicisi olan “Barselona” ilə 6 xallıq fərqini qoruyub saxlayıb.
İspaniya Primerosu, XIV tur

“Barselona” – “Real Madrid” - 1:1
Qollar: Luis Suares, 53 - Serxio Ramos, 90

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *