“PSJ”nin azarkeşi “Barselona”ya məğlubiyyətə görə ona gülən dostunu öldürüb
Qabonda PSJ klubunun (Fransa) azarkeşi futbol üzrə Çempionlar Liqasının 1/8 final matçında “Barselona”ya (İspaniya) məğlubiyyətə görə (1:6) onu ələ salan dostunu qətlə yetirib.
Oxu.Az xəbər verir ki, bu barədə Yahoo! Sports məlumat yayıb.
Məlumata görə, 18 yaşlı Librevil şəhər sakini məğlubiyyətlə bağlı onunla zarafat edən dostunun boyun nahiyəsinə bıçaqla zərbə endirib. Zərərçəkən hadisə yerində ölüb, qatil isə sərxoş vəziyyətdə saxlanılıb. O, cinayəti boynuna alıb və bunu qəsdən etmədiyini bildirib.
Mənbə:> Oxu.Az