Bulvarda film kimi hadisə: 3 tələbə ölümdən xilas edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Bulvarda film kimi hadisə: 3 tələbə ölümdən xilas edildi

Bulvarda film kimi hadisə: 3 tələbə ölümdən xilas edildi

Bakı bulvarında dənizdə batmaq təhlükəsi ilə üzləşmiş üç gənc xilas edilib.

Lent.az xəbər verir ki, Dənizkənarı Milli Parkın Qız Qalası ilə üzbəüz hissəsində 1999-cu il təvəllüdlü Ağayeva Şəfiqə Sabir qızı selfi foto çəkdirmək istəyərkən ehtiyatsızlıqdan dənizə yıxılıb.

Bu zaman qızın yanında olan tələbə yoldaşları Nadirzadə Tağı Rövşən oğlu və 2000-ci ildə anadan olmuş Rzayev Murad Azər oğlu onu xilas etmək üçün dənizə atılıblar.

Suyun soyuq olması və üzə bilməmələri səbəbindən hər üç gənc boğulmaq təhlükəsi ilə üzləşib. Hadisə yerinə gələn mühafizə əməkdaşlarının köməkliyi ilə gənclər xilas edilib.

Qeyd edək ki, xilas edilən gənclərin Azərbaycan Maliyyə İqtisad Kollecinin 3-cü kurs tələbələridir.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *