Silahlı şəxslər Kiyev yaxınlığında oteli darmadağın etdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Silahlı şəxslər Kiyev yaxınlığında oteli darmadağın etdilər – AZƏRBAYCANLILAR YARALANIBLAR

Silahlı şəxslər Kiyev yaxınlığında oteli darmadağın etdilər

Maskalı və kamuflyaj geyimli bir qrup naməlum şəxs Ukraynanın Korets rayonunun Braniv kəndində Kiyev-Çop yolunun üstündəki mehmanxana-restoran kompleksinə hücum ediblər. Hücum edənlər iki Azərbaycan vətəndaşını döyüblər və müəssisənin işçilərinin əl-qolunu bağlayıblar.

Bundan başqa, naməlum şəxslər ikinci mərtəbədəki mağazanı qarət ediblər.

Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, Rovno vilayətinin polisinin məlumatına əsasən, quldur dəstəsi dörd nəfərdən ibarət olub.

Silahlı şəxslər Kiyev yaxınlığında oteli darmadağın etdilər


Hücum yerli vaxtla təxminən saat 22:00-da baş verib. Qarətçilər təsadüfi ziyarətçiləri – Azərbaycan vətəndaşlarını döyüblər. Azərbaycanlılar həmin vaxt restorana qəhvə işmək üçün daxil olublarmış. Onların telefonları da əllərindən alınıb.

Quldurlar insanları əl-qolu bağlı vəziyyətdə qoyaraq hadisə yerini tərk ediblər.

Yalnız iki saatdan sonra otelin 59 yaşlı qadın işçisi özünü ipdən azad edə bilib və başqalarının da əl-qolunu açıb. Bundan sonra qadın Kiyev-Çop yoluna çıxaraq avtomobil saxlayıb və baş verənləri sürücüyə danışıb. Polisi də hadisə yerinə məhz həmin sürücü çağırıb.

37 və 40 yaşlarında azərbaycanlılar xəstəxanaya çatdırılıb.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *