Bakıda "Jeep” piyada qadını vurub öldürdü
Gecə saatlarında Bakının Səbail rayonu ərazisində avtomobil piyadanı vurub.
APA-nın məlumatına görə, nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Yol qəzası Salyan yolu şossesində qeydə alınıb. Təxminən 35-40 yaşlarında olan qadın yolu keçmək istəyərkən onu "Jeep Grand Cherokee" markalı nəqliyyat vasitəsi vurub. Məlumata görə, sürücü yolun qaranlıq olması səbəbindən zərbə anına qədər piyadanı görməyib. Nəticədə qadın tanınmaz şəklə düşüb.
Yol nəqliyyat hadisəsinin istintaqını Səbail RPİ-nin istintaqçıları araşdırır. İdarədən ölən qadının şəxsiyyəti və hadisənin təfərrüatları barədə bir məlumat verilməsə də, sürücünün saxlanıldığı bildirilib.
Mənbə:> APA